Nizami rayonu B.Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi
22.04.2020Aprelin 22-də saat 7 radələrində paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində Bakı şəhər sakinləri Orxan İbrahimovun idarə etdiyi “VAZ-2106” və E.Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur. Nəticədə O.İbrahimov və sərnişinlərindən Məzahir Əhmədov hadisə yerində ölmüş, digər sərnişinləri, habelə E.Məmmədov xəstəxanaya yerləşdirilmişlər.
Nizami RPİ tərəfindən araşdırma aparılır.