DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

09.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu RPİ əməkdaşları Bilgəh qəsəbə sakinləri Məmmədağa Dadaşovdan 0,985 qram, Azad Dadaşovdan 0,5 qram və əvvəllər məhkum olunmuş Rövşən Əliyevdən 0,340 qram heroin, 14-cü PB əməkdaşları Bakı şəhər sakini İslam Babayevdən 0,262 qram heroin, Yasamal RPİ 28-ci PB əməkdaşları Bakı şəhər sakinləri İlham Abbasovdan 1,033 qram, Teymur Əliyevdən isə 1,079 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları Liman şəhər sakini Əbülfət Abbasovdan 0,158 qram, Nərimanabad qəsəbə sakini Siyavuş Abıyevdən isə 0,093 qram heroin və 1 ədəd şpris götürmüşlər, Nəsimi RPİ əməkdaşları Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Balacazadədən 1,604 qram heroin götürmüşlər, narkotik vasitəni ona satmış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mehsman Abdullayev tutulmuşdur.