Hacıqabul rayonu ərazisindəki evlərdən birinin qarşısındakı konteynerdən 3000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
21.03.2020Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il oktyabrın 24-də rayon ərazisindəki evlərdən birinin qarşısındakı konteynerdən 3000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Atbulaq kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Xakipur və Yevlax rayon sakini İ.İbrahimov saxlanılmışlar.