DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

06.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini Zahid Muradovdan 1,7 qram heroin, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Suraxanı RPİ əməkdaşları Bülbülə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Firuz Nəzərəliyevdən 0,229 qram heroin, Nizami RPİ 23-cü PB əməkdaşları Keşlə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Akif Əliyevdən 0,253 qram heroin, Yasamal RPİ 28-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Rəsulovdan 0,234 qram heroin, Aydın Qulamovdan 0,251 qram heroin, Salyan RPŞ əməkdaşları Ərəbqardaşbəyli kənd sakini Mehman Zahidovdan 7,62 qram marixuana, Kürqaraqaşlı kənd sakini Ramil Səmədovdan 7,4 qram marixuana, Zaqatala RPŞ əməkdaşları rayon sakini Fərhad Əfəndiyevdən 8 qram marixuana götürmüşlər.