DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən mütəşəkkil dəstə tutulmuşdur
05.02.2008DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Yusif Allahverdiyev, İradə Qarayeva və Rəhimə Məmmədova mütəşəkkil dəstə yaradaraq gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaları faktı ilə əlaqədar, Sumqayıt şəhər sakini Nuranə Musayeva gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar, Samux rayon sakini Vüsalə Babayeva gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulmuşlar.