DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

05.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Siyəzən rayon sakini Zamin Poladovdan 5,031 qram heroin, Sabunçu RPİ 13-cü PB əməkdaşları Bakı şəhər sakinləri Yuri Batanovdan 0,420 qram heroin, əvvəllər məhkum olunmuş Əfqan Məmmədovdan isə 0,420 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Anar Rzayevdən 0,055 qram heroin, İsmayıllı RPŞ əməkdaşları Basqal kənd sakini, əvvəllər məhkum olunmuş Yasin Qəhrəmanovdan 0,091 qram heroin və 1 ədəd şpris, onun evinə baxış zamanı əlavə 1,001 qram heroin və 185 qram marixuana, Quba RPŞ əməkdaşları şəhər sakini Dəyanət Ramazanovdan 0,498 qram heroin, Salyan RPŞ əməkdaşları şəhər sakini Ramil Həsənovdan 0,274 qram heroin, Cəlilabad RPŞ əməkdaşları rayon sakini Qəzənfər Seydanovdan 0,682 qram heroin götürmüşlər, DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakini Qərib Sadıqovdan 1,025 qram heroin götürülmüş və sonrakı araşdırmalar aparılması üçün Yasamal RPİ-yə təhvil verilmişdir. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri Nicat Rüstəmovdan 0,287 qram, Elnur Səfərovdan isə 0,320 qram heroin götürülmüşdür. E.Səfərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun yanvarın 17-də həmyerlisi Bahəddin Hüseynovun həyətindən məişət əşyaları oğurlaması müəyyən edilmişdir.