DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi

04.02.2008

Saat 16.40 radələrində Maştağa qəsəbəsində, Bilgəh qəsəbə sakini Mübariz Cabbarov "VAZ-21011" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Nardaran qəsəbə sakini Akif Hadıyevə məxsus "ZİL-130" markalı avtomaşına vurmuşdur. Nəticədə M.Cabbarov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, həmyerliləri Ramin Qurbanov, Kamran Məmmədov və Famil Əzimov xəstəxanaya yerləşdirilmişlər. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.