Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

04.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ 27-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədovdan 0, 241 qram heroin götürmüşlər. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Şükür Cəbiyevdən 1940, 4 qram tiryək və 486,7 qram marixuana götürülmüşdür. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər rayon sakini Ruslan Ağayevdən 1,161 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış Sumqayıt şəhər sakini Həmid Kişiyev tutulmuş, ondan 1,61 qram həşiş götürülmüşdür.