Oğuz rayonunun Kərimli kəndi ərazisində münaqişə zəminində həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən Z.Məsimov tutulmuşdur
28.02.2020Fevralın 28-də Oğuz rayonunun Kərimli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Z.Məsimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Elşən Abdullayevi qətlə yetirmişdir.
Oğuz rayonunun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Məsimov tutulmuşdur. Cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.