Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.02.2020Fevralın 28-də saat 11 radələrində Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində rayon sakini Ruslan Hüseynovun idarə etdiyi “VAZ-21011” və Gədəbəy şəhər sakini M.Tağıyevin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə R.Hüseynov, arvadı Nüşabə və digər 2 sərnişini, habelə digər sürücü xəsarətlə xəstəxanaya yerləşdirilmiş, R.Hüseynov və N.Hüseynova orada ölmüşlər.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.