Narkot vasitələrin alveri ilə məşğul olan bir qrup Sumqayıt şəhər sakini tutulmuşdur
31.01.2008DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi, BNMİ-nin Cənub Bölgəsində Regional Şöbəsi və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Mehriban Hacıyeva, Rauf Rəhimov və Əkbər Rzayev 2030,7 qram heroini və 5011,2 qram tiryəki satarkən tutulmuşlar.