Soyğunçuluq etmiş Türkiyə vətəndaşı Nahid Bayramov tutulmuşdur
31.01.2008Yanvarın 30-da saat 01.30 radələrində 2 naməlum şəxs Nəsimi rayonundakı Tolstoy küçəsində Türkiyə vətəndaşı Güler Yusuf Hasan oğlunu bıçaqla hədələyərək mobil telefonunu ondan almışlar. DİN Baş Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətmiş Türkiyə vətəndaşı Nahid Bayramov tutulmuşdur.