Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qazax rayonunun Qazaxbəyli kəndində yol-nəqliyyat hadisəsi

30.01.2008

Saat 18.20 radələrində Qazax rayonunun Qazaxbəyli kəndində, Ağstafa rayon sakini Tofiq Əsgərovun idarə etdiyi "Kraz-665" markalı və Gəncə şəhər sakini Rəfayel Rəhimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Sonradan "VAZ-2107" markalı avtomaşında yanğın baş vermişdir. Nəticədə R.Rəhimovun sərnişini, Süleyman adlı şəxs aldığı yanıq xəsarətindən hadisə yerində ölmüş, xəsarət almış R.Rəhimov və digər sərnişini, Gürcüstan vətəndaşı Rasim İsmayılov xəstəxanaya yerləşdirilmişlər. Qazax RPŞ tərəfindən araşdırmalar aparılır.