Suraxanı rayonunun Hövsan qəsəbə sakini Mahir Nizamova məxsus zərgərlik emalatxanasında baş vermiş yanğın iki nəfərin ölməsilə nəticələnmişdir
29.01.2008Saat 11.40 radələrində Suraxanı rayonunun Hövsan qəsəbə sakini Mahir Nizamova məxsus zərgərlik emalatxanasında yanğın baş vermişdir. Nəticədə bütövlükdə emalatxananın yanar konstruksiyaları yanmışdır. Yanğın söndürüldükdən sonra orada işləyən Bakı şəhər sakini Nəzər Rüstəmovun yanmış, M.Nizamovun isə tüstüdən boğulmuş meyitləri tapılmışdır.