DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
29.01.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakinləri Fariz Həsənovdan 0,929 qram heroin, Seymur Şirəliyevdən 0,730 qram heroin, Sumqayıt ŞPİ məkdaşları Corat qəsəbə sakini Namiq Əhmədovdan 0,256 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakini Səfa Cavadovdan 0,320 qram heroin və 7,44 qram marixuana, Arif Salayevdən 0,471 qram heroin götürmüşlər. Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Hamlet Tağıyev 0,513 qram heroini satarkən tutulmuşdur. Bakı BPİ Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarınin keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.Abdullayevə narkotik vasitə satmış Astara rayon sakini Cəmil Rəfiyev tutulmuş, ondan 8,152 qram heroin götürülmüşdür. Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Seymur Qurbanovdan 0,6 qram marixuana götürülmüşdür. S.Qurbanova narkotik vasitənin həmyerlisi Ruslan Məmmədov tərəfindən satılması müəyyən edilmiş və o, tutulmuşdur. R.Məmmədovdan 0,3 qram marixuana aşkar edilərək götürülmüşdür. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat təldbirləri nəticəsində R.Bayramova narkotik vasitə satmış rayon sakini Vilayət Quliyev tutulmuş, ondan 0,390 qram heroin götürülmüşdür.