DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

28.01.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu RPİ 12-ci PB əməkdaşları Bakıxanov qəsəbə sakini Heydər Seyidovdan 0,231 qram heroin, 14-cü PB əməkdaşları Maştağa qəsəbə sakini Həsən Xəlilovdan 2,076 qram heroin, Qaradağ RPİ 11-ci PB əməkdaşları Natiq Şirəliyevdən 0,269 qram heroin, Suraxanı RPİ 33-cü PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Hacıyevdən 0,234 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Nadir Zeynalovdan 0,251 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakini Rauf Bayramovdan 0,307 qram heroin, Masallı RPŞ əməkdaşları Ərkivan qəsəbə sakini Rafiq Zahidovdan 0,2 qram heroin, Xaçmaz RPŞ əməkdaşları Gəncəli kənd sakinləri Seyidağa Mahmudovdan 25,66 qram, Təvəkkül Kərimovdan isə 13,79 qram marixuana, Goranboy RPŞ əməkdaşları Quşçular kənd sakini İsa Abbasovdan 95 qram marixuana götürmüşlər, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satdığına görə tutulmuş Rəfayel Vəkilovun evinə baxış zamanı 11,972 qram heroin, 1,11 qram tiryək və 0,3 qram kənaf toxumu aşkar edilərək götürülmüşdür.