DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olan Rüstəm Mustafayev tutulmuşdur

27.01.2008

Səbail RPİ əməkdaşları tərəfindən "Mercedes" markalı avtomaşının sürücüsü Rüstəm Mustafayev şübhəli şəxs qismində polisə gətirilmişdir. R.Mustafayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Bərdə RPŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olması, habelə idarə etdiyi "Mercedes" markalı avtomaşının Bakı şəhər sakini Turab Qurbanova məxsus olması və onun tərəfindən həmin gün qaçırılması müəyyən edilmişdir.