DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

27.01.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu RPİ 13-cü PB əməkdaşları Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Araz Əyyubovdan 0,168 qram heroin, Nizami RPİ 25-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsgəndər Ağabəyovdan 1,78 qram həşiş, Suraxanı RPİ 31-ci PB əməkdaşları Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyevdən 1,69 qram tiryək, Neftçala RPŞ əməkdaşları Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müşfiq İsgəndərovdan 1, 144 qram tiryək və 1,138 qram heroin götürmüşlər. DİN Baş Mühafizə İdarəsi və Bərdə RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə şəhər sakinləri Telman Rəhimov və onun qardaşı Əhliman şübhəli şəxs qismində saxlanılmışlar. T.Rəhimova məxsus "VAZ-2107" markalı avtomaşına baxış zamanı 0,7 qram heroin və 2 ədəd şpris, evindən isə 0,17 qram heroin, 2 ədəd şpris və 18 ədəd "Diozepam" həbləri, Əhlimanın evinə baxış zamanı isə 1,14 qram heroin aşkar edilərək götürülmüşdür.