DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu qəsəbəsində yol-nəqliyyat hadisəsi

26.01.2008

Saat 16.00 radələrində Sabunçu qəsəbəsində, qəsəbə sakini Yahüseyn Əsədovun idarə etdiyi "VAZ-2106» markalı və 1-ci Zabrat qəsəbə sakini Mehman Güləliyevin idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Y.Əsədov və sərnişini, 2-ci Zabrat qəsəbə sakini İlkin Cəfərov hadisə yerində ölmüş, xəsarət almış M.Güləliyev və sərnişini, həmyerlisi Əsgər Abdulrəhmanov isə xəstəxanaya yerləşdirilmişdir. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.