DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

26.01.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səbail RPİ əməkdaşları Cəlilabad rayon sakini Hikmət Muradovdan 211,18 qram tiryək və 289,101 qram heroin, Nərimanov PPİ 18-ci PB əməkdaşları Bakı şəhər sakini Anar Cəfərovdan 0,291 qram heroin, Nəsimi RPİ 19-cu PB əməkdaşları Bakı şəhər sakini Rizvan Əliyevdən 0,233 qram heroin, Yasamal RPİ 27-ci PB əməkdaşları Bakı şəhər sakini Cəbrayıl Quliyevdən 0,409 qram heroin götürmüşlər. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Qaraş Nağıyevdən 1,003 qram heroin götürülmüşdür. Onun Bakı şəhərində kirayədə yaşadığı evə baxış zamanı əlavə 1,51 qram heroin və 6,11 qram marixuana aşkar edilərək götürülmüşdür. DİN Baş Mühafizə İdarəsi və Qazax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazax rayon sakini Akif Məmmədovdan 0,485 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Hamlet İbrahimov tutulmuşdur. H.İbrahimovun evinə baxış zamanı 0,936 qram heroin və 2,59 qram tiryək aşkar edilərək götürülmüşdür.