Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

25.01.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qaradağ RPİ 11-ci PB əməkdaşları Ələt qəsəbə sakini Ruslan Rüstəmovdan 0,245 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları H.Z.Tağıyev qəsəbə sakini Nikolay Berstdən 0,667 qram heroin, Təzə Corat qəsəbə sakini Elşad Bağırovdan 0,239 qram heroin, Salyan RPŞ əməkdaşları Arbatan kənd sakini Taleh Əhmədovdan 0,426 qram heroin götürmüşlər. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Təvəkkül Həziyev 1,052 qram heroini Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunmuş Bislam Bakayevə satarkən tutulmuşdur. T.Həziyevdən əlavə olaraq 1,029 qram heroin götürülmüşdür.