DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

23.01.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt ŞPİ əməkdaşları H.Z.Tağıyev qəsəbə sakini Şahin Qasımovdan 3,52 qram tiryək, Abşeron RPŞ əməkdaşları Xırdalan şəhər sakini Faiq Həmidovdan 0,242 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakini Rüstəm Məhərrəmovdan 0,535 qram heroin, Masallı RPŞ əməkdaşları rayon sakini Azər Şükürovdan 0,3 qram heroin götürmüşlər. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Məmişova narkotik vasitə satmış rayon sakini Şükran Məmmədov tutulmuşdur. Ş.Məmmədovun evinə baxış zamanı 0,518 qram heroin götürülmüşdür.