DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nizami (Gəncə) rayonu Sevinc qəsəbə sakini İlqar Məmmədovu qayınları qətlə yetirmişlər

22.01.2008

Saat 23.00 radələrində Nizami (Gəncə) rayonu Sevinc qəsəbə sakini İlqar Məmmədov Daşkəsən rayonu S.Vurğun küçəsi ev 1-də yaşayan qayınatası Bayram Əliyevin evində olarkən ailə münaqişəsi zəminində ona, qayınanası Gülarəyə və arvadı Azadəyə bıçaqla xəsarət yetirib evinə qayıtmışdır. Baş vermiş hadisə ilə əlaqədar həmin gün saat 23.50 radələrində Sevinc qəsəbəsinin ərazisində, qəsəbə sakinləri, İ.Məmmədovun qayınları Eldəniz Əliyev və Elsevər onu bıçaqla qətlə yetirmişlər. Nizami (Gəncə) RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əliyev və Elsevər tutulmuşlar.