DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İki naməlum şəxs "NBSİ" Bankın 7 saylı valyutadəyişmə məntəqəsinin xəzinədarı Yaşar Əhədovu odlu silahla hədələyərək soyğunçuluq etmişlər

21.01.2008

Saat 09.10 radələrində "NBSİ" Banka məxsus 7 saylı valyutadəyişmə məntəqəsinin xəzinədarı, Bakı şəhər sakini Yaşar Əhədov evinin yaxınlığındakı avtodayanacaqda "VAZ-2107" markalı avtomaşına oturarkən, "Mercedes" markalı avtomaşında gəlmiş 2 naməlum şəxs tapança ilə onu hədələyib atəş açaraq avtomaşının şüşəsinin sındırmış və içərisində 1950000 rubl, 9000 dollar, 1500 avro və 5000 manat olan çantanı aparmışlar. Həmin gün saat 12.50 radələrində hadisənin törədilməsində istifadə edilmiş "Mercedes" markalı avtomaşın Azadlıq prospektində tapılmışdır. Onun T.Həsənovdan quldurluq yolu ilə alınmış avtomaşın olması müəyyən edilmişdir. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.