DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu qəsəbəsində yol-nəqliyyat hadisəsi

21.01.2008

Saat 18.20 radələrində Sabunçu qəsəbəsində Tərtər rayon sakini Namiq Əlizadənin idarə etdiyi "VAZ-21011" markalı, Bakı şəhər sakini Aslan Sultanovun idarə etdiyi "QAZ-24" markalı və Dəvəçi rayon sakini Arif Musayevin idarə etdiyi "VAZ-21110" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış N.Əlizadə və sərnişini, Tərtər rayon sakini Pərviz Bağırov, habelə A.Sultanov və onun sərnişini, arvadı Həcər xəstəxanaya yerləşdirilmişlər. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.