DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

21.01.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Suraxanı RPİ əməkdaşları Bülbülə qəsəbə sakini Ağayusif Quliyevdən 1,166 qram heroin, Səbail RPİ əməkdaşları Lənkəran şəhər sakini Mais Mirzəcanovdan 1,049 qram heroin, Yasamal RPİ 26-cı PB əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Valeh Əsgərovdan 0,254 qram, Cəlal Hüseynovdan 0,259 qram və Ramin Abdullayevdən 0,286 qram heroin, 28-ci PB əməkdaşları Bakı şəhər sakini Xalıq Hüseynovdan 1,075 qram heroin, Xətai RPİ 36-cı PB əməkdaşları Bakı şəhər sakini Ağabala Əliyevdən 0,244 qram heroin, Kəpəz RPŞ əməkdaşları Xanlar rayon sakini, əvvəllər məhkum olunmuş Edqar Hüseynovdan 0,871 qram heroin, Göyçay RPŞ əməkdaşları rayon sakinləri Elçin Bağırovdan 0,216 qram, Elnur Məmmədovdan 0,237 qram heroin götürmüşlər. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Vidadi Mehdiyevdən 0,400 qram heroin götürülmüşdür. V.Mehdiyevə narkotik vasitəni satmış həmyerlisi Səffar Sadıqov tutulmuş, ondan 1,170 qram heroin və 0,814 qram tiryək aşkar edilərək götürülmüşdür. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ədalət Şərifovdan 0,105 qram heroin götürülmüşdür. Ə.Şərifova narkotik vasitəni satmış həmyerlisi Miriş Sadıqov tutulmuşdur.