DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

20.01.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qaradağ RPİ əməkdaşları Biləcəri qəsəbə sakini Zaur Salamovdan 0,269 qram heroin, Neftçala RPŞ əməkdaşları narkotik vasitə ilə tutulmuş M.Qurbanovdan əlavə 0,066 qram heroin götürmüşlər. Yanvarın 8-də Biləcəri qəsəbə sakini Əziz Məmmədov bacısı Sevincə hədə-qorxu gələrək 300 dollar pul tələb etmiş, əks təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Məmmədov tutulmuş, ondan 1,57 qram tiryək aşkar edilərək götürülmüşdür. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lək kənd sakini Faiq Cəfərovdan 7,2 qram marixuana götürülmüşdür. F.Cəfərova narkotik vasitəni satmış Bərdə rayon sakinləri Anar Quliyev və Fərhad Səlimov tutulmuşlar. A.Quliyevin və F.Səlimovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində narkotik vasitənin onlara Otuzikilər kənd sakini Nail Qasımov tərəfindən verilməsi müəyyən edilmişdir. N.Qasımovun tutulması üçün tədbirlər davam etdirilir.