DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Albalı bağlar sahəsində yaşayanlar İsmayıl Şəmsin və qızı Almazı qətlə yetirmiş Maştağa qəsəbə sakini Xanlar Sultanov tutulmuşdur

19.01.2008

Sabunçu rayonundakı 2-ci Albalı bağlar sahəsindəki 588 saylı bağ evində, orada yaşayanlar İsmayıl Şəmsin üzərində zorakılıq əlamətləri görünməyən, qızı Almazın isə küt alətlə qətlə yetirilmiş meyitləri tapılmışdır. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almazın, onun evində fəhlə işləyən Maştağa qəsəbə sakini Xanlar Sultanov tərəfindən qətlə yetirilməsi müəyyən edilmiş və o tutulmuşdur.