DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şərur rayonu ərazisində yol-nəqliyyat hadisəsi

18.01.2008

Saat 19.10 radələrində Şərur rayonu ərazisində, Naxçıvan şəhər sakini Nizami Ələsgərovun idarə etdiyi "Mercedes" markalı və Sədərək rayon sakini Oqtay Abbasovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə O.Abbasov və sərnişinləri, həmyerliləri Əkbər Əhmədov, arvadı Xatirə, qızı Əlvanə hadisə yerində ölmüş, xəsarət almış N.Ələsgərov və onun sərnişini, Sədərək rayon sakini Rzaqulu Həsənov isə xəstəxanaya yerləşdirilmişlər. Şərur RPŞ tərəfindən araşdırmalar aparılır.