Hacıqabul rayonundakı Xətai küçəsi ev 6-da yaşayan Ataxan Quliyevə məxsus mənzildə təbii qazın sızmasından partlayış baş vermişdir
17.01.2008Saat 21.50 radələrində Hacıqabul rayonundakı Xətai küçəsi ev 6-da yaşayan Ataxan Quliyevə məxsus 3 otaqlı mənzildə təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə eyvan və döşəmə uçmuş, qapı və pəncərə çərçivələri yerindən çıxmış, qonşu evdə yaşayan Murad İmanova məxsus mənzilin pəncərə şüşələri sınmış, xəsarət almış A.Quliyev, arvadı Xanım, qızı Aybəniz, nəvələri Fariz, Əziz, habelə M.İmanovun oğlu Yunis xəstəxanaya yerləşdirilmişlər. Farizə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmış, A.Quliyevin vəziyyəti ağır, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir. Araşdırmalar aparılır.