Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini R.Dünyamalı saxlanılmışdır
15.11.2019Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 15-nə keçən gecə şəhər ərazisində “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş R.Dünyamalı saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində inşası başa çatmamış 1 evdən 300 metr elektrik naqili, 2 həyətyanı sahədən 11 ev quşu və su mühərriki, habelə “VAZ-2106” markalı bir avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.