DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

17.01.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Qubadlı rayon sakini Şahin Mirkişiliyə məxsus «Mersedes» markalı avtomaşından 5,5 qram heroin, Binəqədi RPİ əməkdaşları Bakı şəhər sakini Emil Heybətovdan 0,259 qram heroin götürmüşlər. Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağalətif Rəhimov 1,267 qram heroini Quba şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Tərlan Niftəliyevə, Əli Hacıyevə Aydın Heydərova və Laçın Məmmədova satarkən tutulmuşlar. A.Rəhimovdan əlavə 0,378 qram heroin aşkar edilərək götürülmüşdür. Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cəfər Zahidov 0,267 qram heroini satarkən tutulmuşdur. Ondan əlavə 0,233 qram heroin aşkar edilərək götürülmüş və ona narkotik vasitəni satmış həmyerlisi Rafiq Maksimov tutulmuşdur. R.Maksimovdan əlavə 0,827 qram heroin götürülmüşdür.