Masallı rayonunun Boradigah qəsəbəsində yol-qəza hadisəsi
23.08.2005Avqustun 24-nə keçən gecə, Masallı rayonunun Boradigah qəsəbəsində, rayon sakinləri Malik Mənsimovun idarə etdiyi "VAZ-2109" markalı və İsrafil Sadıqovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, İ.Sadıqov hadisə yerində ölmüş, M.Mənsimov və İ.Sadıqovun sərnişinləri, Sucəddin Lələyev və Həmzə Mirzəyev xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.