Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əməliyyat keçirmişlər

11.01.2008

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Pərviz Əliyevdən 5 kiloqram 790 qram tiryək götürülmüşdür. Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıxanov qəsəbəsi, Gənclər küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Rövşən Əhmədov 1 kiloqram 503,38 qram heroini 25 min manata satarkən tutulmuşdur. Narkotik vasitəni ona vermiş Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Bədəlov və onun arvadı Ülkər tutulmuşlar. Onların evinə baxış zamanı əlavə 71,287 qram heroin, 102,21 qram tiryək və 20,36 qram həşiş aşkar edilərək götürülmüşdür.