30 kiloqram 212,7 qram həşişi Ukraynaya keçirməyə cəhd göstərmiş üç Astara sakini və bir Ukrayna vətəndaşı tutulmuşlar
11.01.2008Astara RPŞ və Astara rayon Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 10-da Astara şəhərinin ərazisində "DAF" markalı avitomaşın nəzarət qaydasında saxlanılmış və Astara rayon Gömrük İdarəsinin yük terminalına aparılaraq ona baxış keçirilmişdir. Avtomaşının yük yerində 30 kiloqram 212,7 qram həşiş aşkar edilərək götürülmüşdür. Narkotik vasitəni Ukraynaya keçirməyə cəhd göstərmiş Astara rayon sakinləri Rahil Nəcəfov, Əlisəfa Şirinov, Möhübbət Nəcəfov və Ukrayna vətəndaşı Andrey Slobodnyuk tutulmuşlar.