Astara rayonunun Şahağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
30.09.2019Sentyabrın 30-da saat 22 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində Bakı şəhər sakini Z.Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun hərəkət hissəsində dayanmış çamışı vurmuş və sonradan idarəetməni itirdiyindən avtomobil yol ayırıcısına çırpılmışdır. Nəticədə avtomobildəki sərnişin, Yadımlı rayon sakini Cavid Aslanov hadisə yerində ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.