DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

11.01.2008

Cəlilabad RPŞ əmkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Aygün Rzayevadan 55 qram heroin və 110 qram tiryək götürülmüşdür. Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Rufan Səmədov 0,262 qram heroini satarkən tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nərimanov RPİ əməkdaşları Böyükşor qəsəbə sakini Nazim Abdulrəhimovdan 0,246 qram heroin, Nizami RPİ əməkdaşları Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tural Məmmədovdan 0,241 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşları Bülbülə qəsəbə sakini Vaqif Abdullayevə məxsus «VAZ-2107» markalı avtomobildən 1,57 qram həşiş, Abşeron RPŞ əməkdaşları Məhəmmədi kənd sakini Səyyad Vəliyevdən 0,382 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Ələkbərovdan 0,306 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əliyevdən 0,2 qram heroin götürmüşlər. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Nəzərova narkotik vasitə satmış rayon sakini Çingiz Alıyev tutulmuş, ondan 0,185 qram heroin götürülmüşdür.