DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonunun Ərkivan qəsəbəsində yol-nəqliyyat hadisəsi

06.01.2008

Saat 18.00 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakini Elman Əhədovun idarə etdiyi "BMW" markalı və qəsəbə sakini Qəhrəman Mirzəyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə E.Əhədovun sərnişini, Bədəlan kənd sakini Əmir Fətullayev hadisə yerində ölmüş, xəsarət almış Q.Mirzəyev və onun sərnişini, qəsəbə sakini Fərəqat Qasımov isə xəstəxanaya yerləşdirilmişlər. Masallı RPŞ tərəfindən araşdırmalar aparılır.