Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonundakı G.Şıxlinski küçəsində yol-nəqliyyat hadisəsi

05.01.2008

Yanvarın 1-də Xətai rayonundakı G.Şıxlinski küçəsində Bakı şəhər sakini Tural Məmmədov "BMW" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Arzu Məmmədovanı vurmuşdur. Sonradan T.Məmmədov idarəetməni itirmiş və avtomaşını Tərtər rayon sakini Xaqani Mehdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarət almış A.Məmmədova və X.Mehdiyev xəstəxanaya yerləşdirilmişlər. X.Mehdiyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, A.Məmmədova yanvarın 5-də orada ölmüşdür. Xətai RPİ trəfindən araşdırmalar aparılır.

05.01.2008 tarixinə olan kriminal məlumatlar