Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

05.01.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Çevik Polis Alayı və Suraxanı RPİ əməkdaşları Qaraçuxur qəsəbə sakini Rasim Məmmədovdan 0,194 qram heroin, Binəqədi RPİ 4-cü PB əməkdaşları Binəqədi qəsəbə sakini Mirzə Babayevdən 0,223 qram heroin, Sabunçu RPİ əməkdaşları Bakı şəhər sakinləri Əli Abdullayevdən 0,214 qram, Zaur Məmmədovdan 0,221 qram və Elçin Əzimovdan 0,840 qram heroin, Nəsimi RPİ 21-ci PB əməkdaşları Bakı şəhər sakini Aleksandr Qorbunovdan 0,267 qram heroin, Kürdəmir RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Məmmədağa İsgəndərovdan 0,011 qram heroin, Cəbrayıl rayon sakini Rəşad Həziyevdən 0,45 qram heroin, Bərdə RPŞ əməkdaşları rayon sakini Fəxrəddin Nəzərovdan 1 qram heroin götürmüşlər. Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sahib Abdullayevdən 0,532 qram heroini satarkən tutulmuşdur. Onun üstünə baxış zamanı əlavə 0,189 qram heroin götürülmüşdür.

05.01.2008 tarixinə olan kriminal məlumatlar