Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini E.Əliyarova xəsarət yetirən R.Həsənov saxlanılmışdır
26.07.2019İyulun 26-da Beyləqan şəhəri Magistral küçəsində 1-ci Şahsevən kənd sakini R.Həsənov münaqişə zəminində bıçaqla həmkəndlisi E.Əliyarovun sifət və bədən nahiyələrinə çoxsaylı xəsarətlər yetirmişdir.
E.Əliyarov xəstəxanaya yerləşdirilmişdir.
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Həsənov saxlanılmışdır.Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.