Əli Bayramlı şəhər avtovağzalında kafedə məişətdə istifadə edilən qaz balonunun sızmasından partlayış baş vermişdir
02.01.2008Saat 09.40 radələrində Əli Bayramlı şəhər avtovağzalında, şəhər sakini Tahir Məmmədova məxsus kafedə məişətdə istifadə edilən qaz balonunun sızmasından partlayış baş vermişdir. Nəticədə kafenin arakəsmə divarı uçmuş, oranın işçisi, şəhər sakini Qadir Tağıyev isə yüngül yanıq xəsarəti almışdır. Araşdırmalar aparılır.