Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini V.Dəmirçiyev saxlanılmışdır
14.07.2019Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də paytaxt sakini M.Ramazanovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Dəmirçiyev saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 22-dən iyunun 26-dək olan müddətdə 2 avtomobildən pul və sənəd, habelə N.Yusifliyə məxsus velosipedi oğurlaması da müəyyən edilmişdir.