Hüquq mühafizə orqanları tərəfindən narkotik maddələr götürülmüşdür
20.08.2005Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhəri sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Vəliyevdən 23,64 qr marixuana götürmüşdür. Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Ruslan Bağırovdan 4,731 qr tiryək götürmüşdür.