Şüvəlan qəsəbəsi M.Müşfiq küçəsində yaşayan Rafiq Həşimovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir
30.12.2007Saat 22.00 radələrində Şüvəlan qəsəbəsi M.Müşfiq küçəsində yaşayan Rafiq Həşimovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə mətbəxin tavanı uçmuş, 50 kvm. sahədə hamam, mətbəx və dəhlizin yanar konstruksiyaları yanmış, R.Həşimovun arvadı Umuxanım və oğlu Ağahüseyn isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər. Araşdırmalar aparılır.