DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mirqahir Zəkiyevdən odlu silah götürülmüşdür

28.12.2007

Saat 12.00 radələrində Abşeron rayonu ərazisindən qaçırılmış "Mersedes-190" markalı avtomaşına DİN Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti postunda xidmət aparan polis əməkdaşları tərəfindən saxlama işarəsi verilmişdir. Avtomaşının sürücüsü polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq yüksək sürətlə hərəkəti davam etdirmiş və Bakı-Şamaxı yolunun 119-cu km-də avtomobili aşıraraq hadisə yerindən qaçmışdır. Görülmüş tədbirlər nəticəsində avtomaşının sürücüsü 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mirqahir Zəkiyev sərxoş halda tutulmuşdur. Avtomaşına baxış zamanı 1 ədəd "Makarov" tipli tapança və 8 ədəd patron aşkar edilərək götürülmüşdür. Araşdırmalar aparılır.

28.12.2007 tarixinə olan kriminal məlumatlar