"General Mehmandarov" adlı gəmidə qaynaq işləri aparılarkən yanğın baş vermişdir
19.08.2005Saat 07.44 radələrində Xəzərdəniz Gəmi Təmiri İstehsalat Birliyində təmirə dayanmış "General Mehmandarov" adlı gəminin maşın bölməsində qaynaq işləri aparılarkən yanğın baş vermişdir. Nəticədə kabellərin izolyasiyası, müxtəlif sürtkü yağları və üzlüklər 200 kv metr sahədə yanmışdır. Yanğın söndürülərkən DİN BDYTİ-nin əməkdaşları, daxili xidmət baş leytenantı Qoşqar Qasımov, daxili xidmət serjantları Mürşüd Köçəriyev, Ramil Ağayev, Vəfadar Salaxov və İlqar Məhərrəmov tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.