İmişli-Vətəqə dəmir yolu mənzilinin 138-ci km-də qəza hadisəsi baş vermişdir
26.12.2007Dekabrın 26-da saat 14.20 radələrində İmişli-Vətəqə dəmir yolu mənzilinin 138-ci km-də qorunmayan keçiddə İmişli rayon sakini Rövşən Xammədov "Belarus" markalı traktoru idarə edərkən onu teplovoza vurmuşdur. Nəticədə R.Xammədov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, İmişli rayon sakini Söyləddin Cəfərov isə xəstəxanaya yerləşdirilmişdir. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.