Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonunun Bilağan kəndində yaşayan M.Tağıyevə odlu silahda atəş açmış oğlu İ.Tağıyev saxlanılmışdır

26.05.2019

Mayın 26-da Ağcabədi rayonunun Bilağan kəndində yaşayan İ.Tağıyevin evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə atası M.Tağıyevin kürək nahiyəsinə xəsarət yetirib hadisə yerini tərk etməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olmuşdur.

M.Tağıyev xəstəxanaya yerləşdirilmişdir.

Dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər görülmüşdür.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. 

Hadisə yerinə baxış zamanı onun bu cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd)  maddəsi ilə cinayət işi başlanmışdır.