Oğuz rayonunun Dəymədərə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
25.05.2019Mayın 25-də saat 23 radələrində Oğuz rayonunun Dəymədərə kəndi ərazisində Sincan kənd sakini Samir Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurmuş və nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.